Karma və Aura

Karma — insanın hərəkət və düşüncələrinin onun həyatına birbaşa təsir edən qanundur. 



İnsan bəzən elə bir vəziyyətə düşür ki, həyatı boyunca zərərli və təhlükəli hallar təkrarlanır, sanki qapalı dairədə dövr edir. Əgər “qara zolaq” bir-iki ay yox, daha uzun müddət davam edirsə, artıq analiz etməyin vaxtıdır. İlk növbədə, bu vəziyyətin haradan gəldiyini anlamağa çalışmaq lazımdır. Əgər öz-özünə bu səbəbi tapa bilmirsənsə, mütəxəssisə müraciət etmək vacibdir. Fiziki bədəndə ağrı və ya problem yarananda necə həkimə müraciət edirik, eyni yanaşma enerjimizi sağaltmaq üçün də tətbiq olunmalıdır.


Karma, hər şeydən əvvəl, bizim əməllərimiz və düşüncələrimiz vasitəsilə formalaşır. Hər bir hərəkət bizim informasiya sahəmizdə iz buraxır və gələcək hadisələrə təsir edir. Məsələn, xoş düşüncələr, müsbət əməllər və insanlar haqqında yaxşı fikirlər auramızı təmizləyir, bizi xoş hadisələrə və insanlara doğru çəkir. Beləliklə, mənfi düşüncələr və hərəkətlər, əksinə, neqativ enerjini cəlb edərək həyatımıza mənfi təsir göstərir.


Hər bir insan özündə müəyyən karmik proqramla doğulur. Bu proqram əvvəlki həyatlarından miras qalmış, gələcək hadisələri cəlb edən şablonlardır. Biz dünyaya müəyyən valideynlər və ailələrlə gəlirik və ətrafımızda olan insanlar həyatımıza təsir edir. Bu proqram ya bizə daxildən, ya da ətraf mühitdən gəlir və gələcək həyat yolumuzu formalaşdırır.


Ən vacib məqam isə bizim nəyi qəbul edib etməməyimizdir. Əgər ətrafımızda neqativ hallar görürüksə, bu, bizə təsir edir və bizim enerjimizi aşağı salır. Aura — bizim enerji sahəmizdə bir qoruyucu qalxandır və hər bir mənfi düşüncə bu qalxana zərbə vurur. Bu səbəbdən, düşüncələrimizi təmizləmək, neqativ şablonları dəyişmək çox vacibdir. Daxili düşüncə üzərində işləmək, hər nə qədər çətin olsa da, ən faydalı fəaliyyətdir. İnsan özünə nə qədər yaxşı enerji və düşüncə qatırsa, bir o qədər sağlam və güclü olur.


•••••••••••••••••••••••

Psixoloq, Dəyişim və Enerji Kouçu
Zümrüd Əsədova 


Keçid üçün sözün üzərinə klikləyin
WhatsApp
İnstagram
YouTube
Teleqram qrup
Məqalələr
Website 

Комментарии

Популярные сообщения из этого блога

“ENERJİ VƏ HƏYAT” DƏYİŞİM PROQRAMI

Məni ərə verdilər..Seansdan hekayə

Dərinin Psixoloji Durumla əlagəsi