Сообщения

Сообщения за сентябрь, 2026

Səni nədənsə qaçarkən tapdı, yoxsa nəyisə axtararkən?

Изображение
  Səni nədənsə qaçarkən tapdı, yoxsa nəyisə axtararkən?  Bəzən yeni tanış olduğumuz insan haqqında düşünürük: “Görəsən niyyəti nədir?” “Mənə qarşı nə qədər ciddidir?” “Bu münasibət nə qədər davam edəcək?” “Həqiqətən məni istəyir, yoxsa sadəcə həyatında kiminsə olmasına ehtiyacı var?” Bunların cavabını ilk gündən bilmək çətindir. Amma bir sual çox şeyi göstərə bilər: O səni həyatına nəyisə axtararkən gətirdi, yoxsa nədənsə qaçarkən? Əgər insan münasibətə qaçaraq gəlirsə, bəzən qarşısındakı insanı görməkdən çox, özündəki bir boşluğu sakitləşdirməyə çalışır. Təklikdən qaçır. Keçmiş münasibətdən qaçır. Məyusluqdan qaçır. Özünü dəyərli hiss etməməkdən qaçır. Belə olanda sən onun üçün həqiqətən “sən” olduğun üçünmü vacibsən, yoxsa sadəcə qaçdığı şeyin qarşısında dayanan birisən — bunu zaman göstərir. Amma insan axtararaq gələndə vəziyyət başqadır. O, sadəcə “kiminsə” olmasını istəmir. Sənin kimi birini istəyir. Nə istədiyini bilir. Nəyə hazır olduğunu bilir. V...

93 083 uşaq… Bu rəqəmin arxasında , hər birinin öz hekayəsi olan uşaqlar var.

Изображение
 Demokrat.az 2021–2025-ci illərdə ümumilikdə 93 083 uşaq valideynlərinin boşanmasından sonra onlardan biri ilə yaşamağa davam edib. Bu statistika fondunda tək valideynin uşağın emosional ehtiyaclarını necə qarşılamalı olduğu sualı yaranır. Bir valideyn uşağın həyatında bütöv ailənin yoxluğunu nə dərəcədə kompensasiya edə bilər? Zümrüd Əsədova: 93 083 uşaq… Bu rəqəmin arxasında hekayəsi olan uşaqlar var. Və burada məncə, əsas sual “uşaq hansı valideynlə yaşayır?” yox, “uşaq bu prosesdən sonra özünü necə hiss edir?” olmalıdır. Bir valideyn uşağın həyatında bütöv ailənin yoxluğunu müəyyən qədər kompensasiya edə bilər. Amma bunu tam əvəzləmək kimi yox, uşağın itki hissini sağlam şəkildə yaşamasına və həyatını yenidən qurmasına dəstək olmaq kimi düşünmək lazımdır. Çünki uşağın ehtiyacı sadəcə evdə iki nəfərin olması deyil. Onun ehtiyacı emosional təhlükəsizlikdir. Özünü sevilən, eşidilən, qorunan və dəyərli hiss etməkdir. Əgər uşaq hər gün valideynlər arasında münaqişənin, gərginliyin v...