Сообщения

KRİSTOFER NOLANın düşüncə sisteminin əsas qolları

Изображение
  KRİSTOFER NOLAN “REALLIĞIN MEMARI” — MINDMAP Düşüncə sistemi • Filmlər • Zaman • Yaddaş • Şüur • Reallıq və illüziya Qeyd: Bu sənəd Nolanın filmlərinin mövzularına əsaslanan analitik xəritədir, təhlillər kitabdan təsdiqlənmiş sitatlar və ya rəsmi fəsil planı kimi təqdim edilmir. 1. Nolanın düşüncə sisteminin əsas qolları Qavrayış — gördüyümüz həqiqətdirmi? İnsan hadisələri hissləri və mövcud məlumatlar vasitəsilə qavrayır. Məlumat natamam olduqda beyin boşluqları öz yozumu ilə doldura bilər. Film nümunəsi: Memento (2000) — tamaşaçı qəhrəmanın məhdud yaddaşı ilə birlikdə həqiqəti yenidən qurmağa çalışır. Reallıq və illüziya — nəyə inanırıq? Təcrübənin inandırıcı olması onun obyektiv həqiqət olduğunu sübut etmir. Gözləntilər, emosiyalar və inanclar reallığı şərh etməyimizə təsir edir. Film nümunəsi: Inception (2010) — yuxu, şüur və reallığın sərhədləri. Zaman — hamı üçün eyni təcrübədirmi? Fiziki zamanla insanın zamanı hiss etməsi fərqli anlayışlardır. Gözləmə, ...

insanın ruhunun ən dərin qatında "ruh qığılcımı"

Изображение
  Ekxart (Meister Eckhart, əsl adı Eckhart von Hochheim; təxm. 1260–1328) — XIII–XIV əsrlərdə yaşamış alman ilahiyyatçısı, filosofu, dominikan rahibi və Qərb xristian mistisizminin ən görkəmli nümayəndələrindən biridir. "Meyster" (Usta/Müəllim) titulunu Paris Universitetində ilahiyyat üzrə magistr dərəcəsi aldıqdan sonra qazanıb. Əsas Fəlsəfi və Mənəvi İdeyaları  * İlahiliklə Bütövləşmə (Unio Mystica): Ekxart hesab edirdi ki, insanın ruhunun ən dərin qatında ("ruh qığılcımı") Tanrı ilə birbaşa əlaqə var. İnsan xarici ayinlərə və ya vasitəçilərə ehtiyac duymadan öz daxilində Tanrını təcrübə edə bilər.  * Tərketmə və Azad Olma (Gelassenheit): Onun təliminin mərkəzində "özünü, arzuları, eqonu və hətta Tanrı haqqında olan qəlibləşmiş anlayışları tərk etmək" durur. İnsan ruhunu bütün şəxsi istəklərdən boşaltdıqda, orada İlahi mövcudluq doğulur.  * Tanrı və İlahilik Fərqi: O, formal kilsə anlayışındakı "Tanrı" (təsəvvür edilən, sifətləndirilən) ilə müt...

Evli olmaq eyni insan olaraq qalmaq şərti daşıyırmı?

Изображение
  Ailə dəyərlərinin dəyişməsi ailələrdə münasibətlərin gərginləşməsinə və tərəflər arasında qarşılıqlı hörmətin azalmasına səbəb olur. Son dövrlər ailə daxilində tərəflərin bir-birinə qarşı kobud rəftarı ilə bağlı hallar bəzən sosial mediada da gündəmə gəlir. Ailə dəyərlərində baş verən dəyişikliklər ailədaxili münasibətlərə necə təsir edir və tərəflər arasında kobud rəftarın artmasının əsas səbəbləri nələrdir? Psixoloq Zümrüd Əsədova  Demokrat.az -a açıqlamasında bildirib ki, ailə dəyərlərində dəyişikliklər ailə münasibətlərinə təsir edir: "Çünki ailədə tərəflərin bir-birindən gözləntiləri də dəyişir. Əvvəllər normal qəbul olunan bəzi davranışlar bu gün münasibətdə olan tərəf üçün qəbuledilməz ola bilər. Bu fərqlər danışılmadıqda və tərəflər bir-birini anlamağa çalışmadıqda münasibətlərdə gərginlik yaranır. Amma ailədə kobud rəftarın səbəbini yalnız dəyərlərin dəyişməsi ilə izah etmək doğru olmaz. Burada yığılan incikliklər, ünsiyyət çatışmazlığı, stress, maddi problemlər, qı...

Uşaqların aqressiya səbəbləri

Изображение
  Uşaqlarda aqressiyanın arxasında bu səbəblər dayanır  Son dövrlərdə uşaqlar və yeniyetmələr arasında aqressiv davranışların, bir-birinə qarşı fiziki və psixoloji şiddətin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bəzən adi mübahisə kimi başlayan qarşıdurmalar təhqir, təhdid və fiziki zorakılığa, hətta ağır xəsarət və cinayət hallarına qədər gedib çıxır. Xüsusilə sosial şəbəkələrdə yayılan zorakılıq görüntüləri də bu problemin miqyasını gündəmə gətirir. Uşaqlar və yeniyetmələr arasında aqressiyanın və bir-birinə qarşı şiddətin artmasının əsas səbəbləri nələrdir? Bu davranışların qarşısının alınması və hadisələrin cinayət həddinə çatmaması üçün valideynlər, məktəb və cəmiyyət hansı addımları atmalıdır? Psixoloq Zümrüd Əsədova  Demokrat.az -a açıqlamasında söyləyib ki, uşaqlarda və yeniyetmələrdə aqressiv davranışın arxasında çox vaxt gördüyümüz davranışdan daha dərin səbəblər dayanır: "Uşaq bəzən yaşadığı stressi, qorxunu, qəzəbi və ya özünü dəyərsiz hiss etməsini sözl...

Toy xərcləri və boşanma riski

Изображение
  Toy xərcləri artdıqca boşanma riski də artır ? Bahalı toy və nişan üzüyü xoşbəxt və uzunömürlü evliliyə zəmanət vermir. Əksinə, yeni araşdırma yüksək toy xərcləri ilə boşanma ehtimalı arasında əlaqə olduğunu ortaya qoyub. Xarici araşdırmaya ən azı bir dəfə evli olmuş 3151 amerikalı iştirak edib. Onlardan nişan üzüyünə və toy mərasiminə nə qədər vəsait xərclədikləri soruşulub. Alimlər araşdırma zamanı ailənin gəliri, evlənmə yaşı, uşaqların olub-olmaması, nikahdan əvvəl birlikdə yaşama və digər demoqrafik amilləri də nəzərə alıblar. Psixoloq Zümrüd Əsədova Demokrat.az -a məsələ ilə bağlı açıqlamasında deyib ki, bahalı toy və nişan üzüyü özlüyündə boşanmaya səbəb olmur: “Lakin bəzi hallarda insanlar münasibətin keyfiyyətini, sevgini və hətta öz dəyərini maddi göstəricilərlə sübut etməyə çalışırlar. Xüsusilə toy üçün imkanından artıq xərcləmək sonradan borc, maliyyə stresi və tərəflər arasında gözləntilərin artmasına səbəb ola bilər. Bəzən isə diqqət münasibətin özündən çox, toyun n...

Səni nədənsə qaçarkən tapdı, yoxsa nəyisə axtararkən?

Изображение
  Səni nədənsə qaçarkən tapdı, yoxsa nəyisə axtararkən?  Bəzən yeni tanış olduğumuz insan haqqında düşünürük: “Görəsən niyyəti nədir?” “Mənə qarşı nə qədər ciddidir?” “Bu münasibət nə qədər davam edəcək?” “Həqiqətən məni istəyir, yoxsa sadəcə həyatında kiminsə olmasına ehtiyacı var?” Bunların cavabını ilk gündən bilmək çətindir. Amma bir sual çox şeyi göstərə bilər: O səni həyatına nəyisə axtararkən gətirdi, yoxsa nədənsə qaçarkən? Əgər insan münasibətə qaçaraq gəlirsə, bəzən qarşısındakı insanı görməkdən çox, özündəki bir boşluğu sakitləşdirməyə çalışır. Təklikdən qaçır. Keçmiş münasibətdən qaçır. Məyusluqdan qaçır. Özünü dəyərli hiss etməməkdən qaçır. Belə olanda sən onun üçün həqiqətən “sən” olduğun üçünmü vacibsən, yoxsa sadəcə qaçdığı şeyin qarşısında dayanan birisən — bunu zaman göstərir. Amma insan axtararaq gələndə vəziyyət başqadır. O, sadəcə “kiminsə” olmasını istəmir. Sənin kimi birini istəyir. Nə istədiyini bilir. Nəyə hazır olduğunu bilir. V...

93 083 uşaq… Bu rəqəmin arxasında , hər birinin öz hekayəsi olan uşaqlar var.

Изображение
 Demokrat.az 2021–2025-ci illərdə ümumilikdə 93 083 uşaq valideynlərinin boşanmasından sonra onlardan biri ilə yaşamağa davam edib. Bu statistika fondunda tək valideynin uşağın emosional ehtiyaclarını necə qarşılamalı olduğu sualı yaranır. Bir valideyn uşağın həyatında bütöv ailənin yoxluğunu nə dərəcədə kompensasiya edə bilər? Zümrüd Əsədova: 93 083 uşaq… Bu rəqəmin arxasında hekayəsi olan uşaqlar var. Və burada məncə, əsas sual “uşaq hansı valideynlə yaşayır?” yox, “uşaq bu prosesdən sonra özünü necə hiss edir?” olmalıdır. Bir valideyn uşağın həyatında bütöv ailənin yoxluğunu müəyyən qədər kompensasiya edə bilər. Amma bunu tam əvəzləmək kimi yox, uşağın itki hissini sağlam şəkildə yaşamasına və həyatını yenidən qurmasına dəstək olmaq kimi düşünmək lazımdır. Çünki uşağın ehtiyacı sadəcə evdə iki nəfərin olması deyil. Onun ehtiyacı emosional təhlükəsizlikdir. Özünü sevilən, eşidilən, qorunan və dəyərli hiss etməkdir. Əgər uşaq hər gün valideynlər arasında münaqişənin, gərginliyin v...