Emosiyalar: hisslərin dili, yoxsa sistemin “baq”ıdır?
Emosiyalar: hisslərin dili, yoxsa sistemin “baq”ıdır? Heç düşünmüsünüzmü, niyə bəzən bir emosiyamız bütün günümüzü dəyişə bilir? Bir insanın bir sözü bizi həddindən artıq incidə bilər. Kiçik bir məsafə belə tərk edilmək qorxusu yarada bilər. Qarşımızdakı insan sadəcə susur, amma beynimiz artıq bütöv bir hekayə yazır: “Məndən soyuyub.” “Artıq məni istəmir.” “Yenə tək qalacağam.” Bəs burada həqiqətən nə baş verir? Emosiyalar — hisslərin dilidir Emosiyalar bizə nəyinsə baş verdiyini bildirən siqnallardır. Onlar bədənin və psixikanın sürətli kommunikasiya sistemidir. Amma maraqlı olan budur ki, biz bu dili həmişə olduğu kimi oxumuruq. Çünki hər birimiz emosiyaları öz təcrübəmiz, inanclarımız, keçmişimiz və yaşadığımız yaralar vasitəsilə interpretasiya edirik. Yəni: Hiss → Emosiya → Interpretasiya → Reaksiya Məsələn, qorxu . Emosiyanın özü sadəcə deyə bilər: “Burada mənim üçün vacib və ya təhlükəli bir şey var.” Amma keçmiş təcrübəmiz bu siqnalı belə tərcümə edə bilər: “Mə...