Şəxsi həyatı və Karyerası olan qadının hekayəsi
Təyyarədə Fatma ilə tanışlığımdan danışmaq istəyirəm.
İstanbul–Bakı uçuşunda pəncərə kənarında oturmuşdum.Yanımdaki yer boş idi, sonra bir xanım gülərüzlə gəlib “burada əyləşə bilərəm?” soruşub əyləşdi. Adı Fatma idi.
Hələ qalxış heç tamamlanmamışdı ki, söhbətimiz tutdu və o öz hekayəsini danışmağa başladı…
Çox çalışdım. Şirkətdə irəlilədim, beynəlxalq layihələrdə iştirak etdim, maaşım artdı. Amma şəxsi həyatım bir yerdə ilişib qalmışdı.
Bir tədbirdə tanış olduğum adam isə elə bil bu boşluğu doldurdu. Həm diqqətli idi, həm də mənim tempimə uyğun görünürdü. Başlarda deyirdi:
— Sən çox işləyirsən, amma mən səni belə sevirəm.
Zaman keçdikcə o cümlələr dəyişdi. Uğurlarımı soyuq qarşılayırdı. Xaricdə böyük layihəyə rəhbər təyin olunanda isə üzümə baxıb dedi:
— Demək sənin işin mənimlə münasibətindən daha vacibdir…
O an anladım ki, mənim üçün seçim təkcə sevgi və iş arasında deyil — bu, özümü itirmək və ya yolumu davam etdirmək seçimi idi.
Mən yolumu seçdim.
Bəli, tək qaldım. Amma indi öz şirkətim var, səyahət edirəm, yeni insanlarla tanış oluram. Ən əsası isə, indi bilirəm ki, yanımda olacaq adam mənim azadlığıma hörmət etməlidir.
O münasibət mənə bir dərs verdi: Sevgi gözəldir… amma özünü itirəcək qədər yox.” İndi münasibət mövzusuna başqa cür baxıram və inanıramki hərşey zamanınsa ən gözəl şəkildə olacaq…
Fatmanın hekayəsi nələrisə bəlkə sizə xatırladar deyə paylaşmaq istədim
Əgər öz həyatın ilə bağlı nələrisə araşdırmaq istəyirsənsə
Mənə yaz +994702947788
zumrudasadova.com
Комментарии
Отправить комментарий