Hökmranlıq qurmaq istədi
Tanıdığım bir qadın var — ruhu gözəlliklərlə dolu, əlləri şəfa verən, toxunduğu həyatları çiçəkləndirən bir qadın. O, illərlə insanlara dəstək oldu, tələbələr yetişdirdi, minlərlə insanın yoluna işıq tutdu. Etdiyi işlər çox dəyərli, buraxdığı izlər silinməz idi.
Lakin bir nöqtədə enerji mübadiləsinin o incə balansı pozulmağa başladı.
İnsan dəstək verdikcə, qarşı tərəfin böyüdüyünü gördükcə daxilində gizli bir instinkt oyanır:
O da kömək etdiyi insanların həyatında sadəcə bir vəsilə olmaqdan çıxıb, onların üzərində bir hökmranlıq qurmaq istədi. Elə bildi ki, verdiyi dəstəyin qarşılığı itaətdir. İnsanlar öz yollarına davam etdikcə, o, bunu "naşükürlük" adlandırıb öz qınına çəkildi.
Bu, düşüncə insanın daxili dünyasının ən böyük çuxurudur.
İstədiyi hökmü sürə bilmədikcə, beynin işləmə mexanizmi sarsılmağa başladı. Həyatındakı o böyük boşluğu doldurmaq üçün enerji məsələlərinə daha çox qapandı, aura çakra rəqəmlər və s. amma bu artıq bir "aludəçilik" halını almışdı. Əslində, illər boyu əkdiyi o gözəl toxumların bəhrəsini indi dərə bilərdi; dəstək olduğu hər kəs ona qapısını sevgi ilə açardı. Amma gözləntilərinin yaratdığı o mənəvi zədə, onun həyatı doya-doya yaşamasına mane oldu.
Kiməsə əl uzatmadan, kiminsə həyatına toxunmadan öncə dayanın və bu sualları özümüzə verək:
1.Mən bunu həqiqətənmi qarşılıqsız edirəm, yoxsa daxili bir eqonu doydurmaq üçün?
2.O insan təşəkkür hiss etməsə belə, etdiyim əməl məni daxilən xoşbəxt edəcəkmi?
3.Mən bu dəstəyi əlavə "bonus" enerjimdən verirəm, yoxsa öz ehtiyatlarımı tükədib, özümü stressə salaraq?
4.Bu insan və ya bu vəziyyət mənim bu fədakarlığıma həqiqətən dəyərmi?
5.Həyat bu addımı atmaq üçün mənə əlavə güc verirmi? Bu proses mənim enerjimi artırır, yoxsa məni aşağı çəkir?
Zaman-zaman bu sualları özümüzə vermək, bizi sonradan düşəcəyimiz o dərin emosional çuxurlardan və enerji itkilərindən qoruyur. Unutmayın, ən böyük şəfa, öz enerjini qoruyaraq başqasına toxuna bilməkdir.
Комментарии
Отправить комментарий