Сообщения

Сообщения за апрель, 2025

Bədən tərbiyəsi var, bəs beyin tərbiyəsi?

Изображение
Məktəblərdə uşaqlara “bədən tərbiyəsi” adlı bir fənn tədris olunur. Bu, adından da göründüyü kimi, bədənin tərbiyə olunmasına, inkişaf etdirilməsinə yönəlib. Hər kəs bilir ki, sağlam həyat tərzi üçün bədən hərəkətdə olmalıdır, formalaşmalı, müəyyən istiqamətdə inkişaf etdirilməlidir. Yəni bu proses təsadüfi yox, məqsədli şəkildə aparılmalıdır. Lakin maraqlıdır ki, məktəb proqramlarında “beyin tərbiyəsi” adlı bir fənn yoxdur. Dünya görüşünün artırılması, məlumat toplamaq, ümumi biliklər əldə etmək beyinlə bağlıdır, bəli. Amma burada söhbət tam başqa bir şeydən — beynin özünün tərbiyəsindən gedir. Zaman keçdikcə insanlar bunun fərqinə varmağa başlayırlar. Beyni tərbiyə olunmayan insan hansı istiqamətə gedəcəyini, nə istədiyini dəqiq bilmir. Hissləri, bədəni və içində baş verən prosesləri anlamadığı üçün həyatını istədiyi kimi yönəldə bilmir. Bu səbəbdən insanlar getdikcə psixoloqlara, kouçlara, fərdi inkişaf mütəxəssislərinə müraciət edirlər. Məqsəd sadədir: beyni tərbiyə etmək, onu istə...